Politoloq: "Qarabağdakı növbəti mərhələ separatçıların tərksilahı olmalıdır"
Tarix: 15-09-2023 09:42 | Bölmə: Siyasət
Politoloq: "Qarabağdakı növbəti mərhələ separatçıların tərksilahı olmalıdır"

"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Bakı və İrəvanı təmkin göstərməyə çağırışında bir neçə cümlə diqqəti çəkib. Peskov “tərəfləri iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhuna uyğun hərəkət etməyə çağırırıq”, - deyib. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, birincisi, 44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq. E. Şahinoğlu sual verir ki, görəsən, Peskov dəqiq tarixi unudub, yoxsa bilərəkdən sənədi “cavanlaşdırıb”? “Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin", - deyə Şahinoğlu əlavə edib.

E. Şahinoğlunun fikrincə, Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır”,- deməsini isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır: "Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər. Bu, Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir, növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Qarabağ ermənilərinin Azərbaycanın növbəti reallıqları - Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Azərbaycan qanunları ilə yaşamaları olmalıdır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}