Çin müharibəyə hazırdır - Səbəb
Tarix: 25-10-2018 16:44 | Bölmə: Siyasət
Çin müharibəyə hazırdır

Çin Xalq Respublikası kənardan Tayvanın ayrılmasına cəhd edilərsə, hərbi qarşıdurmaya hazırdır.

Reyting.az bildirir ki, bunu ölkənin müdafiə naziri Vey Fenxa bəyan edib.

“Bu məsələ ilə bağlı Çinə dəfələrlə çağırış etmək olduqca təhlükəlidir. Əgər kimsə Tayvanı Çindən ayırmağa cəhd edərsə, Çin ordusu mütləq tədbirlər görəcək”, - Müdafiə Nazirliyinin rəhbəri Pekində oktyabrın 25-də açılan Syanşan forumunda söyləyib.

O qeyd edib ki, Pekin güc siyasətinin, digər ölkənin daxili işlərinə qarışmağın , öz iradəsini başqasına qəbul etdirməyin, başqa ölkənin haqq və maraqlarının pozulmasının əleyhinə çıxış edir.

Lakin Cənubi Çin dənizindəki adaya hərbi obyektlərin tikintisinə gəldikdə, Febx bildirib ki, dəniz və ada Çinə məxsusdur. Onun sözlərinə görə, tikinti isə özünümüdafiə üçün Çinə məxsusdur, bunun hərbiləşdirmə ilə heç bir əlaqəsi yoxdur.

Qeyd etmək lazımdır ki, Cənubi Çin dənizindəki müxtəlif adalara bu gün Çindən başqa, Vyetnam, Tayvan, Malayziya və Filippin də sahib olmaq iddiasındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər