Makrondan Netanyahuya xəbərdarlıq: Unutma, İsrail BMT-nin qərarı ilə qurulub
Tarix: 16-10-2024 08:21 | Bölmə: Siyasət
Makrondan Netanyahuya xəbərdarlıq: Unutma, İsrail BMT-nin qərarı ilə qurulub

“Netanyahu unutmamalıdır ki, ölkəsi BMT-nin qərarı ilə qurulub. Ona görə də BMT-nin qərarlarına əməl etməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Nazirlər Şurasının iclasındakı çıxışı zamanı deyib.

Fransa mətbuatı yazır ki, Makron Livandakı gərginliyə və İsrailin BMT-nin Sülhməramlı Qüvvələrinə qarşı artan hücumlarına diqqət çəkərək, “Netanyahu ölkəsinin BMT tərəfindən qurulduğunu unutmamalıdır”,- deyib. O, əlavə edib ki, yalnız bu səbəbdən Netanyahu BMT-nin qərarlarına əməl etməlidir.

Fransa bu yaxınlarda Livanda BMT-nin Müvəqqəti İşçi Qrupuna (UNIFIL) hücumlardan sonra İsrailin Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Qeyd edək ki, Makron və Netanyahu arasında münasibətlər son həftələr gərginləşib. Oktyabrın 6-da iki lider arasında baş tutan telefon danışığında Makronun Qəzzada istifadə edilən silahların İsrailə verilməsini dayandırmaq çağırışı Netanyahu tərəfindən sərt şəkildə tənqid edilib. Netanyahu Makronun bu istəyini “biabırçı” adlandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}