ATƏT sədri Qazaxıstana rəsmi səfərə gəlib
Tarix: 10-06-2025 11:53 | Bölmə: Siyasət
ATƏT sədri Qazaxıstana rəsmi səfərə gəlib

Finlandiyanın Xarici işlər naziri Elina Valtonen ATƏT sədri kimi Mərkəzi Asiyaya ilk dəfə səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Məlumatda deyilir ki, xanım Elina Valtonen Qazaxıstanın Xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Qarşıda onu dar və geniş tərkibdə danışıqlar gözləyir.

Onu da qeyd edək ki, mayın sonunda Qazaxıstan prezidenti Kasım-Comert Tokayev ATƏT-i “çox qərəzli təşkilat” adlandırıb və bildirib ki, bu təşkilat 15 ildir sammit keçirmir və bunun effektiv olub-olmaması ilə bağlı sual yaranıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır