15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə cavab verdi
Tarix: 16-05-2019 15:17 | Bölmə: Siyasət
Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də keçirmək istədiyi Qarabağ mitinqini məqsədəuyğun saymayıb.

Bu barədə Reyting.az-a QAT-dan məlumat verilib. Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) QAT-ın bununla bağlı müraciətinə “yox” cavabı verib.

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı, ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır”, - deyə QAT-ın məlumatında bildirilir.

QAT bundan sonra da mitinqlərlə bağlı müraciətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər