Üç ölkə başçısının Bakı görüşünə hazırlıqlar başlayıb
Tarix: 13-07-2016 12:15 | Bölmə: Siyasət


Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır.

TASS-ın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib.

Xatırladaq ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı üç ölkə prezidentinin görüşünəhazırlıq görüldüyü faktını təsdiqləmiş və bu görüşün yaxın zamanlarda baş tutacağını açıqlamışdı.





Bölməyə aid digər xəbərlər