Amerikalı həmsədr: “Hər iki ölkənin liderləri siyasi iradə göstərməlidir”
Tarix: 25-01-2017 12:06 | Bölmə: Siyasət

"ATƏT-in Minsk qrupunun həmsədrləri və mən yanvarın 9-da verilən bəyanata sadiqik”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "news.am” saytına açıqlamasında deyib.

O bildirib ki, həmsədrlər beynəlxalq hüququn prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında münaqişənin davamlı həllinə yönəlmiş danışıqlara dəstək verməyə davam edəcək: "Biz sülh yolu ilə nizamlanma işində vasitəçilik səylərimizi tərəflər bizim səylərimizin fayda verdiyinə inandıqları müddətdə davam etdirəcəyik. Son nəticədə region və insanlar üçün sülh və rifah gətirə biləcək ədalətli və uzunmüddətli həll üçün isə hər iki ölkənin liderləri siyasi iradə göstərməlidir”.(APA)

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər