Əli Kərimlinin məhkəmədə uduzduğu işlə bağlı səs yazısı yayılıb - Audioyazı
Tarix: 21-09-2020 20:23 | Bölmə: Siyasət
Əli Kərimlinin məhkəmədə uduzduğu işlə bağlı səs yazısı yayılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin öz partiyadaşlarını uzun illər eyni siyasi qurumda təmsil olunduğu Aydın Əliyevə qarşı təlimatlandırması ilə bağlı səs yazısı yayılıb. Əli Kərimlinin bununla bağlı whatsapp yazışması sosial şəbəkələrdə də paylaşılıb.

Səsli mesajlardan aydın olur ki, Əli Kərimli digər partiyadaşını AXCP-nin Mərkəzi Nəzarət- Təftiş Komissiyasının (MNTK) sədri Aydın Əliyevin partiya sıralarından qanunsuz xaric olunması ilə bağlı məhkəmə iddiasına qarşı çıxış etmək üçün təlimatlandırır.

O, A. Əliyevin AXCP sıralarından xaric edilməsi ilə bağlı protokoldan çıxarış hazırlamağı tapşırır. Amma A. Əliyevin AXCP sıralarından xarici olunması ilə pağlı protokoldan çıxarışı hazırlamağın indi yada düşməsi şübhələrə yol açıb. Bəziləri iddia edir ki, xeyli müddət əvvəl AXCP sıralarından xaric olunmuş A. Əliyevlə bağlı protokoldan çıxarışın hazırlanmasına göstərişin indi verilməsi partiyadakı saxtakarlıqların göstəricisidir.

Onu da qeyd edək ki, bir müddət əvvəl AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlunun “Ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiasına məhkəmədə baxılıb. Məhkəmənin qərarı ilə A. Əliyevin iddiası təmin olunub.

Bakı Apellyasiya Məhkəməsi isə AXCP sədri Əli Kərimlinin bununla bağlı şikayətini rədd edib.

Reyting.az bununla bağlı sosial şəbəkədəki paylaşımı təqdim edir:

My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}