Paşinyanın əleyhdarları hökumət binasını mühasirəyə alacaq
Tarix: 16-12-2020 22:47 | Bölmə: Siyasət
Paşinyanın əleyhdarları hökumət binasını mühasirəyə alacaq

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti dekabrın 22-də ümumi tətilə hazırlaşır. Paşinyan əleyhdarları kütləvi etiraz aksiyaları keçirməyi və hökumət binasını mühasirəyə almağı düşünürlər.

“RİA Novosti” xəbər verir ki, bunu müxalif “Daşnaksutyun” partiyası ali orqanının nümayəndəsi İşxan Sağatelyan bildirib.

Sağatelyan deyib ki, dekabrın 22-də bütün ölkə ərazisində ümumtətil və kütləvi etiraz aksiyalarına başlayacaqlar. O, saat 12:00-da hökumət binasını mühasirəyə alacaqlarını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər