Deputat: “TƏBİB ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır”
Tarix: 25-12-2020 12:32 | Bölmə: Siyasət
Deputat: “TƏBİB ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) özünü doğrultmayıb, bu qurum ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır.

Reyting.az
xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, icbari tibbi sığortaya keçirik və səhiyyə müəssisələri özəlləşdirilməlidir.

Deputat diqqətə çatdırıb ki, iri dövlət şirkətlərinin 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}