Qafan-Aqarak yolu Azərbaycanın nəzarətinə keçib - Ermənilərin üç kəndi bloklanır
Tarix: 25-12-2020 16:28 | Bölmə: Siyasət
Qafan-Aqarak yolu Azərbaycanın nəzarətinə keçib - Ermənilərin üç kəndi bloklanır

Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Qafan-Aqarak yolu tamamilə Azərbaycanın nəzarətinə keçib. Bu səbəbdən də, Ermənistan vətəndaşları bu yoldan istifadəni dayandırıblar.

Reyting.az
xəbər verir ki, bunu Qafan şəhər icmasının sədri, şəhərin bələdiyyə sədrinin müavini Gevorq Parsyan Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” Partiyası fraksiyasının təşkil etdiyi müzakirələrdə bildirib.

İcma sədri erməni tərəfinin istifadə etdiyini yollardan da söz açıb. Bildirib ki, üç problemli yol var:

“Qafan-Gorus, Qafan-Çakaten və Qafan-Aqarak. Hazırda Qafan-Gorus yolu işləyir. Qafan-Çakaten yolundan da istifadə olunur. Amma Qafandan Aqaraka gedən yol tamamilə Azərbaycanın nəzarətindədir”.

G. Parsyan əlavə edib ki, onlar alternativ yola sahibdirlər, amma həmin yol acınacaqlı vəziyyətdədir: “Alternativ yol əvvəlki ilə müqayisədə çox uzundur, üstəlik, acınacaqlıdır. Onun yenilənməsinə ehtiyac var”.

İcma sədri əlavə edib ki, yolun Azərbaycan tərəfinin nəzarətinə keməsi faktiki olaraq Aqarak, Yeqvard və Ucanıs kəndlərini müəyyən qədər bloklayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}