Polis AXCP funksionerini nəzarətə götürüb - Foto
Tarix: 25-12-2020 16:45 | Bölmə: Siyasət
Polis AXCP funksionerini nəzarətə götürüb

Noyabrın 16-sı azadlığa buraxılan AXCP-nin Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı nəzarətə götürülüb.

Reyting.az
xəbər verir ki, F. Qəhrəmanlı bu barədə “Facebook” hesabında paylaşım edib:

“Növbə mənə də çatdı. Bu gün polisdən gəlib ayağıma nəzarət aparatı bağladılar. Ölçüsü böyük və narahatlıq yaradan bu aparatı gün ərzində iki dəfə, hər dəfə də 2 saat müddətinə "zaryadkaya" qoymaq lazımdır. Qaydaya görə, Bakı şəhərini tərk etmək olmaz. Axşam saat 23:00-dan səhər saat 7:00-a qədər evdə olmaq lazımdır.

Halbuki bu cür nəzarət üçün qol saatı ölçüsündə nəzarət qolbağları var və onlar o qədər də narahatlıq yaratmırlar. Görünür, iqtidar "bizə nə qədər narahatdır, onlara o qədər xoşdur" məntiqi ilə ancaq bunu rəva görüb. Bir halda ki, SMS icazə sistemi tətbiq olunub, yəni 3 saatdan artıq evdən kənara çıxmaq olmur, o zaman bu cür kobud nəzarət sisteminə nə ehtiyac var? Bu cür kobud nəzarət daha çox psixoloji-mənəvi təzyiq vasitəsidir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}