Akardan terrorçulara xəbərdarlıq: “Onları hər yerdə hədəfə alacağıq”
Tarix: 27-12-2020 14:19 | Bölmə: Siyasət
Akardan terrorçulara xəbərdarlıq: “Onları hər yerdə hədəfə alacağıq”

Liviyada səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar terrorçulara xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, H. Akar Liviya Vəzifə Qrup Komandirliyindəki çıxışı zamanı deyib ki, qatil Haftar və tərəfdarları Türk qüvvələrinə hücuma cəhd etsələr, qanuni haqqımızdan istifadə etməklə onları hər yerdə hədəfə alacağıq.

Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb:

“Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər".

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}