Deputat: “Əhali təcili Qarabağa köçürülməlidir”
Tarix: 28-12-2020 12:08 | Bölmə: Siyasət
Deputat: “Əhali təcili Qarabağa köçürülməlidir”

"Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

Reyting.az
bunu parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, əhali işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqdan sonra təxribatlar olmayacaq:

“Biz təkcə sülhməramlılara arxayın olmamalılyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tezliklə ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri 1 il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.

Deputat deyib ki, bu insanlar vətən üçün, xalq üçün döyüşüb:

“Biz maddiyyatı onlardan üstün tutmamalıyıq. Hər bir azərbaycanlının arzusu ərazi bütövlüyümüzü təmin etməkdir. Biz bu istiqamətdə çalışmamalıyıq. Dərsliklərimizi də bu istiqamətdə yazmalıyıq. Onlar ən yüksək təminata layiqdirlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}