XİN başçısı: "Gürcüstan bir il müddətinə GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq"
Tarix: 28-12-2020 14:13 | Bölmə: Siyasət
XİN başçısı: "Gürcüstan bir il müddətinə GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq"

“Gürcüstan 2021-ci ildə GUAM-a sədrliyi dövründə təşkilat daxilində qarşılıqlı əlaqələr, siyasi, sektorlararası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, həmçinin insanlar arasında əlaqələrin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani təşkilatın Xarici İşlər Nazirləri Şurasının onlayn formatda keçirilən toplantısında bildirib.

O qeyd edib ki, gələn ilin yanvarın 1-dən Gürcüstan bir il müddətinə GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq.

D.Zalkalianinin həmkarları Gürcüstana sədrlik postunda uğurlar arzu ediblər, həmçinin onu ölkədə keçirilən parlament seçkiləri və hökumətin təsdiqlənməsi münasibətilə təbrik ediblər.

Görüşdə nazirlər koronavirus pandemiyası dövründə təşkilatın və işçi qrupların fəaliyyətini nəzərdən keçiriblər. Tərəflər pandemiyanın yaratdığı çətinliklər fonunda GUAM-a üzv ölkələrin gömrük orqanları arasında fəal və uğurlu əməkdaşlığın son dərəcə vacib olduğunu bildiriblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}