Azərbaycan daha dörd əsiri Ermənistana qaytarıb
Tarix: 28-12-2020 18:07 | Bölmə: Siyasət
Azərbaycan daha dörd əsiri Ermənistana qaytarıb

Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.

Reyting.az
xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}