Türkiyə ermənilərin Xocavənddəki təxribatından narahatdır
Tarix: 29-12-2020 00:50 | Bölmə: Siyasət
Türkiyə ermənilərin Xocavənddəki təxribatından narahatdır

Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı silahlı hücumlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Reyting.az
xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı açıqlamasında yer alıb.

H. Aksoyun açıqlamasında bildirilir ki, daha əvvəl - 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində Azərbaycan hərbi və mülki itkilər verib, eləcə də yaralılar olub:

“Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin davam edən təxribatlarına qarşı qanuni müdafiə haqqından istifadə edərək lazımı cavabı verib.

Bölgədə davamlı sülhün bərqərar olması üçün Ermənistanın cəbhədəki gerçəkliyi qəbul etməsi və üçtərəfli bəyənnamənin öhdəliklərini yerinə yetirməsi tələb olunur”.

XİN-nin sözçüsü deyib ki, hücumlar nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına başsağlığı veririk.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}