Lavrov: "Dağlıq Qarabağ Rusiya-Türkiyə əməkdaşlığında prioritet təşkil edir"
Tarix: 29-12-2020 13:40 | Bölmə: Siyasət
Lavrov: "Dağlıq Qarabağ Rusiya-Türkiyə əməkdaşlığında prioritet təşkil edir"

“Bu il pandemiya olmasına baxmayaraq, Rusiya və Türkiyə prezidentləri çox sıx təmasda olublar”.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu il üç dəfə əyani, bir dəfə isə Astana sammiti çərçivəsində videokonfrans formatında görüşüblər: “20 dəfəyə yaxın isə telefonla danışıblar. Bu statistika tərəfdaşlığımızı tamamlayan ikitərəfli, regional və beynəlxalq gündəmdə duran məsələlər dairəsinin genişliyinə dəlalət edir. Ona görə də bu gün iki ölkə arasında, siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin vəziyyətinə baxacağıq. Bizim çox zəngin beynəlxalq gündəmimiz var: Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı, Liviyadakı nizamlanma ilə bağlı əməkdaşlığımız və Dağlıq Qarabağ mövzusu, hansı ki, hazırda prioritet plana çıxıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}