Professor: “Ermənistanda Azərbaycanla münasibətləri bərpa etməyi düşünən siyasətçilərin sayı artıb”
Tarix: 29-12-2020 16:09 | Bölmə: Siyasət
Professor: “Ermənistanda Azərbaycanla münasibətləri bərpa etməyi düşünən siyasətçilərin sayı artıb”

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyən edilməsi müsbət hadisədir. Azərbaycan bu müharibədə qalib gəlib və dövlət sərhədlərinin müəyyən edilməsinə çalışır. Deyilənlərə görə, hazırda iki ölkə arasında sərhədlərin delimitasiya və demorkasiyası gedir”.

Bu fikirləri Reyting.az-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov iki ölkə arasında sərhədlərin müəyyən edilməsinə dair aparılan işlərdən danışarkən deyib.

Professor bildirib ki, sərhədlərin müəyyən edilməsindən sonra qeyri-adi hadisə baş verməyəcək: “Əvvəla, ermənilərin ağızları əziləcək, mənfi ideya və düşüncələri öz sərhədlərindən kənara çıxmayacaq. Bu, olduqca vacibdir.

İkincisi, sərhədlərin bərpasından sonra münasibətləri hüquq sferasına daxil olmalıdır. Məncə, ermənilər kasıb düşüblər və girişməyə yer axtarırlar. Onlar çalışacaqlar bizimlə münasibətləri düzəltsinlər. Biz də onlarla münasibətlərə “yox” deməyəcəyik”.

R. Məmmədovun sözlərinə görə, müşahidələr göstərir ki, müharibədən sonra Ermənistanda Azərbaycanla münasibətləri bərpa etməyin lazım olduğunu düşünən siyasətçilərin sayı artıb: “Onlar da nəzərə alırlar ki, 44 günlük müharibədən sonra Azərbaycanın siyasi çəksi yüksəlib. Ermənistan bu reallığı qəbul etməyə məcburdur, qəbul edir də”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}