Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
Tarix: 30-12-2020 13:23 | Bölmə: Siyasət
Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.

Reyting.az
xəbər verir ki, müraciəti deputat Elnur Allahverdiyev təqdim edib.

Müraciətdə deyilir: “Bu il Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğal altında olmasına son qoyulub. Ümumilli lider Heydər Əliyevin vəsiyəti yerinə yetirilib. Bu tarixi zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də öz töhfəsini veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Əziz soydaşlarımız, sizi daha sıx birləşməyə çağırır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}