Milli Məclisin yaz sessiyasının ilk iclası fevral ayında keçiriləcək
Tarix: 30-12-2020 13:54 | Bölmə: Siyasət
Milli Məclisin yaz sessiyasının ilk iclası fevral ayında keçiriləcək

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2021-ci ildə isə fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.

Xatırladaq ki, bu gün Milli Məclisin 2020-ci il payız sessiyası başa çatıb və bununla da deputatlar tətilə çıxıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}