ABŞ səfiri Azərbaycan xalqını təbrik edib
Tarix: 31-12-2020 13:19 | Bölmə: Siyasət
ABŞ səfiri Azərbaycan xalqını təbrik edib

ABŞ hökuməti və xalqı adından ölkənin səfirliyi Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, cansağlığı və səadət arzulayır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycan xalqına video müraciətində deyib.

O bildirib ki, 2020-ci il iki ölkəmiz üçün fövqəladə çətin və tarixi il olub: "Bir çox azərbaycanlının COVID-19 və ya son müharibə üzündən yaxınlarını, doğmalarını itirdiklərini bilirəm. Bu itkiləri yaşayanların kədərini bölüşdüyümü bilmənizi istərdim. Başa çatan ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycan xalqının bütün maneələri dəf edərək gələcəyə doğru irəliləmək əzminə heyranam. Azərbaycan cəmiyyətinin müstəqilliyin, demokratik proseslərin yeni zirvələrinə qalxmaq qabiliyyətinə dair nikbinəm. Bu regionun nəhayət, dayanıqlı sülhə nail olacağına ümidvaram”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}