Daşnaksütyun: “Xain Paşinyan Azərbaycanla sənəd imzalamağa hazırlaşır”
Tarix: 31-12-2020 17:23 | Bölmə: Siyasət
Daşnaksütyun: “Xain Paşinyan Azərbaycanla sənəd imzalamağa hazırlaşır”

“Xain Paşinyan 18 noyabrda qarşıdakı 6 ayda dövlət üçün vacib məsələləri həll etməyi nəzərdə tutan Yol xəritəsini elan etdi. Zaman baxımından bu planın 25 faizini yerinə yetirdi. Nəticədə biabırçı təslim sülhünün imzalanmasından sonra bir sıra ərazilər Azərbaycana təslim edildi”.

Reyting.az
xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının aparıcı fiqurlarından olan İşxan Saqatelyan özünün Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.

Daşnaksütyun rəsmisi qeyd edib ki, biabırçı sülhün imzalanmasından keçən 50 gün ərzində üçtərəfli bəyanatda yazılmayan bir sıra ərazilər Azərbaycana verilib.



O, dediklərinə “fakt” kimi Sotk (Zod) qızıl mədənini, Hadrut bölgəsindəki iki kəndi, Gorus-Qafan dövlətlərarası yolunu, Sünikdəki (Zəngəzur) strateji yüksəklikləri, su elektrik stansiyaları və həyati əhəmiyyət kəsb edən digər obyektləri göstərib.

Şovinist siyasətçi əlavə edib ki, xain 6 aylıq planı çərçivəsində Laçında bir sıra yaşayış məntəqələrini, Karahünc ərazisinin təxminən 30 hektarını və Tavuş bölgəsndə (Qazaxın işğal edilən kəndləri nəzərdə tutulur) bəzi yaşayış məntəqələrini düşmənə təslim etməyə hazırlaşır.

Sonda Daşnaksütyun nümayəndəsi iddia edib ki, Paşinyan şifahi razılaşma ilə Azərbaycana verdiyi əraziləri “qanuniləşdirmək” üçün Azərbaycan tərəfi ilə yeni sənəd imzalamağa hazırlaşır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}