Sülhməramlılar daha 220 ermənini Qarabağa qaytarıb
Tarix: 01-01-2021 20:33 | Bölmə: Siyasət
Sülhməramlılar daha 220 ermənini Qarabağa qaytarıb

Rusiya sülhməramlıları Yerevandan Xankəndi şəhərinə gələn daha bir qaçqın karvanını müşayiət edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Bəlli olub ki, Yerevandan Xankəndinə avtobuslarla qayıdan mülki erməni qaçqınlarının sayı 220 nəfər olub.

Qeyd olunub ki, noyabrın 10-da imzalanan üçtərəfli sazişdən sonra təxminən 47 min erməni “daimi yaşayış yerlərin”ə qayıdıb.

Müdafiə Nazirliyinin məlumatında vurğulanır ki, rus sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardımlar göstərir və mülki infrastrukturu bərpa edir.

Əlavə olunub ki, vəziyyəti izləmək üçün 23 müşahidə məntəsəqi qurulub və atəşkəsə əməl olunmasına nəzarət mövcuddur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}