Putin beş ölkə prezidentini Yeni il münasibətilə təbrik etməyib
Tarix: 04-01-2021 14:03 | Bölmə: Siyasət
Putin beş ölkə prezidentini Yeni il münasibətilə təbrik etməyib

Rusiya lideri demək olar ki, bütün dövlətlərin başçılarını, beynəlxalq təşkilatları da Yeni 2021-ci il münasibətilə təbrik edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, ancaq bəzi prezidentlər Putindən təbrik almayıblar.

Putin Yeni il münasibətilə ABŞ-ın yeni seçilən prezidenti Co Baydeni, indiki dövlət başçısı Donald Trampı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan prezidenti İlham Əliyevi və digər dövlətlərin liderlərini təbrik edib.

Rusiya liderinin təbrik etmədiyi dövlət başçıları isə bunlardır: Ukrayna, Gürcüstan, Latviya, Litva və Estoniya.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}