Erməni azərbaycanlılara məxsus evə od vurub
Tarix: 05-01-2021 00:11 | Bölmə: Siyasət
Erməni azərbaycanlılara məxsus evə od vurub

Erməni vandalları Kəlbəcər, Laçın və Ağdam rayonlarından sonra indi də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonu ərazisinə aid olan və işğaldan sonra Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Şurnux kəndinə birləşdirilmiş evləri yandırmağa başlayıblar.

Reyting.az
erməni KİV-lərinə istinadla xəbər verir ki, qanunsuz olaraq Şurnux kəndinin ərazisinə birləşdirilmiş azərbaycanlılara məxsus evi orada məskunlaşmış Ararat Aqabekyan yandırıb.

A. Aqabekyan bu cinayət əməlini sosial şəbəkədə paylaşmaqdan da çəkinməyib. Hətta özünə haqq qazandıraraq qeyd edib ki, türklərin ayağı dəyməməsi üçün evi yandırır: “30 il əvvəl azad edilmiş torpaqları türkə qoymayacağıq. Bu evdə bir türk yaşamamalıdır”.

Ermənistanın Baş naziri Nikol Paşinyanı və digər rəhbər şəxsləri ittiham edən A. Aqabekyan sosial şəbəkədə yazıb ki, Sünik torpağı heç vaxt təslim edilməməlidir:

“Nikol, budur şurnuklulardan sənin üçün Yeni il hədiyyəsi. Evimi yenidən tikəcəyəm”.



O, Baş naziri hədələməkdən də çəkinməyib:

“Nikol, ən böyük atəşdə səni yandıracağıq. Sən qoşunları məhv etdin, insanları məhv etdin, sənə söyməyi öyrətdin, ev yandırmağı öyrətdin. Nikol, sən bu atəşdə yandırılmalı idin, səbəbkar sənsən”.

Xatırladaq ki, Qubadlı rayonunun ərazisinə aid olan və qanunsuz olaraq Ermənistana birləşdirilmiş 12 evin yerləşdiyi ərazi artıq Azərbaycana təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}