Fərid Şəfiyev: "Ermənistanda hakim konsepsiya etnosentrizm, ksenofobiya və millətçilikdir"
Tarix: 06-05-2021 14:11 | Bölmə: Siyasət
Fərid Şəfiyev: "Ermənistanda hakim konsepsiya etnosentrizm, ksenofobiya və millətçilikdir"

"Ermənistanda müxtəlif dövrlərdə ksenofob kampaniyalar həyata keçirilib, lakin onlar kifayət qədər öyrənilməyib".

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistandakı Azərbaycanofobiya: ermənilərin müharibədən əvvəlki və müharibədən sonrakı diskurslarında düşmənçilik” adlı hesabatın təqdimatında deyib.

“Ermənistanda etnosentrizm, ksenofobiya, millətçilik hakim konsepsiyalar olub. Bu ideologiya dövlət başçıları səviyyəsində təbliğ edilib. Nikol Paşinyan hakimiyyətinin ilk ayları onun sələflərinin hakimiyyət dövrlərindən fərqlənsə də, bir müddət sonra onun da bu konsepsiyaların davamçısı olduğu bəlli olub”, –F.Şəfiyev bildirib.

Mərkəzin rəhbəri bu konsepsiyaların əsasında “azərbaycanlılar düşməndir”, “Ermənistan xristian dünyasının forpostudur” obrazları, qondarma “erməni soyqırımı” iddiaları və s. durur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}