Səbinə Əliyevadan erməni təxribatına etiraz: "Bu, növbəti nifrət hissinin təbliği faktıdır"
Tarix: 07-05-2021 18:14 | Bölmə: Siyasət
Səbinə Əliyevadan erməni təxribatına etiraz: "Bu, növbəti nifrət hissinin təbliği faktıdır"

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda daha sonra deyilir: "Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}