17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
Tarix: 07-05-2021 23:27 | Bölmə: Siyasət
Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

“Qaragin Njdenin faşist cəlladı və birbaşa nasist Almaniyası ilə işbirliyində olması ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”.

Bunu Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində və İrəvanda erməni faşist Qaregin Njdenin abidəsinin olmasına münasibət bildirən Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski bildirib.

O, faşistlərə abidələrin ucaldılmasının Rusiyanın acığına edildiyini söyləyib: “Təəssüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır. Faşistlərlə, cəlladlarla, terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde ermənilərin Vlasovudursa, biz buna qarşıyıq. Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır”, deyə rusiyalı siyasətçi vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}