Deputat Vüqar Bayramov: "Şuşa tezliklə tarixi gözəlliyinə qovuşacaq"
Tarix: 13-05-2021 11:35 | Bölmə: Siyasət
Deputat Vüqar Bayramov: "Şuşa tezliklə tarixi gözəlliyinə qovuşacaq"

“Şuşada “Xarı bülbül” musiqi festivalının 29 ildən sonra bərpası ölkəmizin mədəni həyatında tarixi hadisədir”.

Reyting.az
-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayrampv deyib.

V. Bayramov bildirib ki ki, müzəffər Ali Baş Komandanın festivalın açılışında qeyd etdiyi kimi, bu gün Azərbaycan tarixində əlamətdar gündür: “Sevindirici, eyni zamanda qürurverici haldır ki, Şuşada artıq həyat başlayır. Əsrarəngiz gözəlliyi ilə seçilən Cıdır düzündə ucalan musiqi sədaları ilə mədəniyyət paytaxtımız olan Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur.

Azərbaycan incəsənət xadimlərinin Qarabağın ürəyinə həsr olunmuş əsərlərinin təqdim edilməsi isə doğma yurdumuza, mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Bu kimi tədbirlərin keçirilməsi Şuşanın əvvəlki simasını bərpa etməklə yanaşı, mədəni dəyərlərimizin təbliğində də xüsusi önəm kəsb etməkdədir. Bu festival Azərbaycanda multikultural dəyərlərə verilən önəmi bir daha nümayiş etdirdi. İnanıram ki, mədəniyyət beşiyi olan Şuşa tezliklə tarixi gözəlliyinə qovuşaraq, mədəni məclislərini, tədbirlərini bərpa edərək mədəniyyət xəzinənimizə xüsusi töhfə verəcək”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}