23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Gürcüstanın daxili işlər naziri və DTX rəisi Dmanisiyə gedib
Tarix: 17-05-2021 15:24 | Bölmə: Siyasət
Gürcüstanın daxili işlər naziri və DTX rəisi Dmanisiyə gedib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.

Məlumata görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib/APA.

Nazir deyib ki, azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar: "Azərbaycanlılar bizim qardaşlarımızdır. Rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar ilk növbədə bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Belə ki, bir qrup svan və gürcü yerli azərbaycanlılara hücum edərək, onlara xəsarət yetirib. Buna etiraz edən azərbaycanlılar bu gün aksiya keçiriblər. Onlar günahkarların cəzalandırılmasını tələıb edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}