14:23 / 15-01-2025
Sabah yağış yağacaq
“Yaxın Şərqdə münaqişə tezliklə bitəcək” - "Politico”
Tarix: 19-05-2021 11:46 | Bölmə: Siyasət
“Yaxın Şərqdə münaqişə tezliklə bitəcək”

ABŞ İsrail rəhbərliyini Qəzza zolağına müdaxilə etməməyə inandıra bilib.

Reyting.az
“Poitico”ya istinadla xəbər verir ki, amerikalı səlahiyyətlilər münaqişənin inkişafının qarşısını aldıqlarına əmindirlər.

Ağ Evin nümayəndələri özəl olaraq İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatı azaltmağa çağırıblar. Bundan sonra İsrail lideri döyüş əməliyyatlarının bitməsinə bir neçə gün qaldığını bildirib.

“Politico” qəzeti yazır ki, ABŞ Fələstin hərəkatı “HƏMAS” da daxil olmaqla, münaqişə tərəfləri ilə Misir arasında danışıqları asanlaşdırıb. Nəşrin mənbələri iddia edirlər ki, “HƏMAS”-ın mövcud vəziyyətdən çıxış yolu axtardığına işarə var.

Mənbənin sözlərinə görə, atəş dayandırıla bilər.

Xatırladaq ki, İsrail-Fələstin münaqişəsi may ayının əvvəllərində bir neçə ərəb ailəsini Qüdsün Şeyx Cərrah məhəlləsindən qovmaq cəhdi ilə başlayıb və fələstinlilərlə İsrail polisi arasında genişmiqyaslı toqquşmalara səbəb olub. Bundan sonra “HƏMAS” hərəkatı ilə yəhudi dövləti arasında düşmənçilik qızışıb.

Mayın 10-dan bu yana Qəzza zolağından İsrail ərazisinə təxminən 3700 raket atılıb, bunlardan 540-ı anklavın özünə düşüb. 1,2 min mərmi “Dəmir Günbəz” raketdən müdafiə sistemi ilə məhv edilib.

Son məlumatlara görə, İsraildə 12 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Fələstində ölənlərin sayı 213 nəfərə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər