14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Deputat MM-də təqsirləndirilən şəxslərin məhkəməyə qədər azadlıqda qalmasını təklif edib
Tarix: 21-05-2021 12:34 | Bölmə: Siyasət
Deputat MM-də təqsirləndirilən şəxslərin məhkəməyə qədər azadlıqda qalmasını təklif edib

“Azərbaycanda hakimlər daha təşəbbüskar olmalı, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bir sıra hallarda istintaqda təqsirləndirilən şəxslər vəkilin iştirakı olmadan dindirilir: “Bu məsələ nəhayət həllini tapmalıdır. Həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Təqsirləndirilən şəxslər məhkəməyə qədər girov müqabilində azadlıqda ola bilər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”/APA.




Bölməyə aid digər xəbərlər