12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:35 / 13-09-2025
Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç yola salınıb
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

12:43 / 08-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

20:22 / 08-09-2025

“Eureporter”: Azərbaycan xalqı əbədi sülh və tərəqqi istəyir
Tarix: 25-05-2021 16:48 | Bölmə: Siyasət

Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “Eureporter” onlayn xəbər platformasında “Azərbaycan xalqı əbədi sülh və tərəqqi istəyir” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Martin Banksdır. Reyting.az məqaləni təqdim edir:
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar rəsmən sona çatsa da, hələ bir çox problem həllini tapmayıb.
Bu problemlərdən biri iki ölkə arasında uzun müddət davam edən böyük münaqişə nəticəsində yurd-yuvasından didərgin düşmüş azərbaycanlıların taleyi ilə bağlıdır.
Digər mühüm problem münaqişə zonasına basdırılmış minalardır. Minalar yerli əhali üçün daimi və ölümcül təhlükə yaradır.
Son vaxtlar yenidən baş qaldıran gərginliklər ötən ilin sonlarına doğru Azərbaycanla Ermənistan arasında altı həftə davam etmiş döyüşlərdən sonra Rusiyanın vasitəçiliyilə təmin edilən atəşkəsin necə kövrək olduğunu göstərir.
Həmin altı həftəlik hərbi əməliyyatlar yerli əhali arasında ölümlərə, yerdəyişmələrə səbəb olub, əmlakların dağılması ilə nəticələnib.
Hərbi əməliyyatlar zamanı minlərlə insan təhlükəsizlik məqsədilə öz evini tərk edib. Onların bəzisi hələ də qaçqın kimi yaşayır və belə görünür ki, hələ uzun müddət evlərinə qayıda bilməyəcəklər. Hərbi əməliyyatlar ictimai infrastruktura, evlərə və əhalinin yaşayışına ciddi ziyan vurub. Bundan başqa, bir çox rayonda mina və digər partlamamış döyüş sursatları qalıb ki, bu da mülki əhali üçün böyük təhlükə yaradır.
Ermənistanla Azərbaycan arasında 2020-ci ilin noyabrında atəşkəs razılaşması imzalansa da, humanitar vəziyyət COVİD-19 pandemiyası ucbatından daha da pisləşib və əvvəlkitək narahatlıq doğurur.
Münaqişə ilk dəfə 1990-cı illərdə müharibə ilə nəticələnib. Həmin müharibə dövründə 30 min nəfər həlak olub, xeyli sayda insan yurd-yuvasından didərgin düşüb.
2020-ci il sentyabrın 27-də yenidən şiddətli döyüşlər başlanıb. Bu döyüşlər minlərlə insanın həyatına son qoyub. Azərbaycan hərbi qüvvələri ötən əsrin 90-cı illərində işğal edilmiş əraziləri öz nəzarətinə götürə bilib.
Azərbaycanda doğma yurduna qayıtmağa and içmiş minlərlə məcburi köçkün heç təsəvvür də edə bilməzdi ki, onların ev-eşiyi nə günə düşüb.
Onların illər öncə, həmçinin yaxın dövrlərdə tərk etdikləri evlərin əksəriyyəti xarabalığa çevrilib. Müharibə və didərginlik insanlarda dərin izlər buraxıb. Qaçqın və məcburi köçkün statusu daşıyan bir milyona qədər insanın faciəvi və ürək parçalayan hekayətləri var. Onların yenidən öz torpaqlarında yerləşdirilməsi böyük məsuliyyət tələb edir.
2020-ci ilin sonlarında Azərbaycanın Qarabağ regionunu və ətraf rayonları Ermənistanın işğalından azad etməsi dünyada ən böyük didərginlik problemlərindən birinin aradan qaldırılması deməkdir və bu problem təcili həllini tapmalıdır.
Azərbaycanda əhalinin öz torpaqlarından didərgin düşməsi 1990-cı illərdə Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün nəticəsidir.
O illərdə bir milyondan çox azərbaycanlı yurd-yuvasından didərgin düşüb. Onların arasında Ermənistandakı evlərindən məcburi şəkildə çıxarılmış yüz minlərlə qaçqın da var.
İlk dövrlərdə məcburi köçkünlər əhalinin sıx məskunlaşdığı 1600-dən çox yaşayış məntəqəsindəki 12 çadır düşərgəsində yerləşdirilmişdi.
2020-ci ildə baş vermiş toqquşmalar nəticəsində əlavə 84 min nəfər müvəqqəti olaraq ev-eşiyini tərk etmək məcburiyyətində qaldı. Buraya Azərbaycanın Tərtər regionundan olan 85 ailə də daxildir.
Azərbaycandakı vəziyyət bir neçə səbəbdən maraq doğurur. Birincisi, Azərbaycan əhalisinin sayının 10 milyondan bir qədər çox olmasına (məcburi köçürülmə zamanı 7 milyon idi) baxmayaraq, bu ölkədə adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayı bütün dünya üzrə ən yüksək göstəricini əks etdirir.
Daha bir unikal cəhət ondan ibarətdir ki, məcburi köçkünlər ölkədə digər vətəndaşlarla eyni hüquqlara malikdirlər və ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycan həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün öz üzərinə tam məsuliyyət götürüb.
1990-cı illərin sonlarından bəri hökumət məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb, pis şəraitdə yaşayan 315 min nəfəri yeni yaradılan yaşayış məntəqələrində müvəqqəti mənzillə təmin edib.
Həllini gözləyən daha bir vacib problem Ermənistanın 2020-ci ildə azad edilən rayonlarda minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən imtina etməsidir.
Bu problemin yaratdığı təhlükə 2020-ci ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra özünü büruzə verdi: minaların partlaması nəticəsində 100-dən çox Azərbaycan vətəndaşı həyatını itirdi, onların arasında məcburi köçkünlər də var.
Otuz il davam edən münaqişədən sonra hər kəs razılaşır ki, bu ərazilərin minalardan və digər partlamamış döyüş sursatlarından təmizlənməsi böyük əhəmiyyət daşıyır.
İnsanların həyatını xilas etmək, münaqişə sonrası bərpa və yenidənqurma proseslərini sürətləndirmək üçün minaların xəritəsinin təqdim olunması olduqca zəruridir.
Münaqişə zamanı tamamilə dağıdılmış şəhərlər və digər yaşayış məntəqələri bərpa olunmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz, layiqli şəkildə qayıtması üçün lazımi şərait yaradılmalıdır.
Azərbaycan Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək üçün 25 ildən artıq diplomatik danışıqlar aparıb.
Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qeyd-şərtsiz və təhlükəsiz şəkildə qaytarılması məsələsi BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa İnsan Hüquqları Məhkəməsinin onlarla qətnamə və qərarında əksini tapıb.
Hələ 2014-cü ildə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Azərbaycan hökumətinin bu məsələyə verdiyi önəmi yüksək qiymətləndirmişdi.
Məcburi köçkünlərin qarşılaşdığı çətinliklərə baxmayaraq, bəzi ürəkaçan məqamlar da var. Məsələn, Ermənistanın işğalı nəticəsində viran qoyulmuş Cocuq Mərcanlı kəndində 23 ildən sonra normal həyat şəraiti bərpa edilib və 150 ailə öz evinə qaytarılıb.
Minlərlə azərbaycanlı qarşıdan gələn aylarda və illərdə Cocuq Mərcanlı sakinləri kimi öz evlərinə qayıda biləcəyinə ümid edir.
İndi rəsmi Bakı Avropa İttifaqı da daxil olmaqla beynəlxalq birliyin Ermənistanı Azərbaycanın yenicə işğaldan azad edilmiş ərazilərində illərlə törədilmiş humanitar fəlakətin nəticələrini aradan qaldırmağa vadar edəcəyinə ümid bəsləyir.
Öz növbəsində Avropa Komissiyası ötən ilin sonlarındakı münaqişədə zərər çəkmiş mülki şəxslərə kömək etmək üçün humanitar yardım kimi 10 milyon avro ayırmağa razılıq verib. Bu, 2020-ci ilin sentyabrında hərbi əməliyyatlar başlanandan bəri Avropa İttifaqının ehtiyac içərisində olan insanlara göstərdiyi yardımın təxminən 17 milyon avroya çatmasına gətirib çıxarır.
Avropa İttifaqının böhran idarəetmə komissarı Yanes Lenarçiç “Eureporter” saytına bildirib ki, COVİD-19 pandemiyasının münaqişənin nəticələrini daha da kəskinləşdirdiyi nəzərə alınmalı, regionda humanitar vəziyyət diqqətdə saxlanmalıdır: “Avropa İttifaqı münaqişənin təsirinə məruz qalmış insanlara öz əsas ehtiyaclarını ödəməyə və həyatlarını bərpa etməyə kömək etmək üçün dəstəyini əhəmiyyətli dərəcədə artırır”.
Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi bəyan edib ki, Avropa İttifaqı münaqişənin daha əhatəli transformasiyası, regionun uzunmüddətli sosial-iqtisadi bərpası və dayanıqlığı istiqamətində işlər görəcək.
Avropa İttifaqının maliyyə dəstəyi ərzaq məhsulları, gigiyenik vasitələr və digər zəruri məişət vasitələri, çoxməqsədli pul vəsaitləri və səhiyyə xidmətləri də daxil olmaqla fövqəladə yardımı təmin etməyə kömək edəcək. Maliyyə dəstəyi çərçivəsində fövqəladə vəziyyət üzrə maarifləndirmə də daxil olmaqla təhlükəsizliyin və zəruri dolanışıq vasitələrinin təmin edilməsi, bununla da bərpa prosesinin sürətləndirilməsi nəzərdə tutulur.
Bu yardım məcburi köçkünlər, öz torpağına geri qaytarılan şəxslər və yerli icmalar da daxil olmaqla münaqişənin təsirinə məruz qalmış ən həssas insanlara kömək etmək məqsədi güdür.
Komissiyanın sözçüsü “Eureporter” saytına məlumat verərkən söyləyib: “Ayrılan maliyyə vəsaitləri yaşayış məntəqələrinin minalardan təmizlənməsini və zərər çəkmiş şəxslərin mina təhlükəsi barədə məlumatlandırılmasını da təmin edəcək”.
Azərbaycan hökumətindən bildirilib: “Azərbaycan ərazisində otuz ildir davam edən müharibə artıq başa çatıb. Azərbaycan xalqı regionda əbədi sülh və tərəqqi istəyir. 30 illik münaqişənin insanlara vurduğu ziyanın aradan qaldırılması üçün bütün zəruri humanitar tədbirlər görülməlidir”.(Novator.az)
Bölməyə aid digər xəbərlər

Dünən, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Dünən, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Dünən, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Dünən, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər