Səfir: “ABŞ regionda kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır”
Tarix: 19-04-2022 16:04 | Bölmə: Siyasət
Səfir: “ABŞ regionda kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır”

“Biz Azərbaycanla müxtəlif sahələrdə 30 ildir əməkdaşlıq edirik. Bura enerji sahəsi, insan haqları və sair məsələlər aiddir”.

Bu sözləıri ABŞ səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasından və Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqillik qazanmasından 30 il ötür. Bu müddətdə ABŞ Cənubi Qafqazda müstəqilliyi və suverenliyi dəstəkləyən bir ölkə olub”, - diplomat qeyd edib/APA.

Li Litzenberqer onu da qeyd edib ki, ABŞ-ın Azərbaycanın uzunmüddətli və güclü dostu kimi regionda sülhün əldə olunmasına, xalqlararası əlaqələrin qurulmasına, nəqliyyat və kommunikasiyanın açılmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}