ABŞ: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək veririk"
Tarix: 19-04-2022 16:35 | Bölmə: Siyasət
ABŞ: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək veririk"

"Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə uğurlu minatəmizləmənin həyata keçirilməsi və bərpa işlərinin görülməsi son dərəcə vacibdir. ABŞ bu prosesi dəstəkləyir".

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger jurnalistlərə bildirib.

Səfirin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etməyə tərəfdardır: “Bu istiqamətdə atılan addımları dəstəkləyirik. Bu yaxınlarda Avropa İttifaqı bu istiqamətdə vacib rol oynadı və biz bunu dəstəkləyirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}