11:13 / 15-09-2025
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
11:09 / 15-09-2025
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
11:06 / 15-09-2025
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
11:04 / 15-09-2025
Ruslar kombaynları vurub, 12 nəfər yaralanıb
10:59 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub - Fotolar
10:55 / 15-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:43 / 15-09-2025
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
10:28 / 15-09-2025
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
10:22 / 15-09-2025
Donald Tramp İsrailə xəbərdarlıq edib
09:56 / 15-09-2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış olub - Fotolar
09:39 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
09:34 / 15-09-2025
Bakıda mənzildən meyit tapılıb
09:14 / 15-09-2025
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
09:05 / 15-09-2025
NATO qoşunları Polşaya gələcək
08:57 / 15-09-2025
Xəzər dənizində zəlzələ baş verib
08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
08:01 / 15-09-2025
Gideon Saar Petro Sançesin hərəkətini “biabırçılıq” adlandırıb
07:55 / 15-09-2025
“Çarli Kirk şousu”nu Vens aparacaq
07:47 / 15-09-2025
Baş nazir: “İsrailə qarşı İslam ölkələrinin güc alyansını yaradaq”
07:39 / 15-09-2025
Azərbaycanda Bilik günü qeyd olunur
07:30 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Tarix: 19-04-2022 20:28 | Bölmə: Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Məlumata görə, İ.Qaribaşvili Sahibə Qafarovanı və parlament nümayəndə heyətinin üzvlərini ölkəsində salamlamaqdan məmnunluğunu bildirib.
O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu qeyd deyib. Bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının əsası xalqlarımızın böyük liderləri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub.
Baş nazir onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Prezident İlham Əliyev ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş lider kimi böyük hörmətə layiqdir.
İ.Qaribaşvili parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən söhbət açaraq, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizi daha da gücləndirdiyini deyib. O, iki ölkənin həyata keçirdiyi birgə layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Baş nazir Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli əlaqələrinin inkişafından da danışıb, bu əlaqələrin daha da gücləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıb.
S.Qafarova Gürcüstana rəsmi səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan parlamentinin spikeri kimi Gürcüstana ilk rəsmi səfəri olduğunu və bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcəyinə inamını bildirib.
Parlamentin sədri Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bu il diplomatik əlaqələrimizin 30 illiyinin tamam olacağını bildirib. O, müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində sıx əməkdaşlığın mövcudluğunu söyləyib.
Azərbaycan parlamentinin spikeri yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu vurğulayıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana, Gürcüstan tərəfinin, o cümlədən Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. O, Baş nazir İrakli Qaribaşvilinin də ötən ilin mayında ölkəmizə rəsmi səfərini, onunla Milli Məclisdəki görüşünü məmnunluqla xatırlayıb.
Milli Məclisin spikeri iqtisadi sahədəki əlaqələrin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. O, qeyd edib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və investorlarından biridir. Bir çox Azərbaycan şirkətləri Gürcüstanda uğurla fəaliyyət göstərir.
Sahibə Qafarova İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın da səmərəli fəaliyyət göstəridiyini, onun iqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsinə geniş imkanlar yaratdığını məmnunluqla söyləyib. Ölkələrimizin irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlıq etdiklərini xüsusi qeyd edib. Bildirib ki, bu layihələr regionumuzun sabitliyinə və inkişafına mühüm töhfələr verir.
Milli Məclisin sədri dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin xüsusi rolunu qeyd edib. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti, onun komitələri barədə məlumat verib. Bildirib ki, hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qrupları təcrübə və informasiya mübadiləsi baxımından parlamentlər arasında körpü rolunu oynayır.
Görüşdə S.Qafarova 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın öz əzəli torpaqlarını 30 il davam edən erməni işğalından azad etməsi və ərazi bütövlüyümüzü bərpa etməsi barədə də danışıb. Qeyd edib ki, Azərbaycan bununla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini təmin edib. Bu gün Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Hazırda Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir.
Ermənistanın işğal zamanı şəhər və kəndlərimizi dağıtdığı, tarixi, mədəni və dini abidələrin vandalizmə məruz qaldığı baş nazirin diqqətinə çatdırılıb. Spiker bildirib ki, bütün infrastruktur yenidən qurulur, "yaşıl enerji" zonaları elan edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni şəhər və kəndlər inşa edilir, keçmiş məcburi köçkünlərin tezliklə öz evlərinə qayıtması üçün lazımi şərait yaradılır.
Milli Məclisin sədri söyləyib ki, postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni imkanlar yaranıb. Azərbaycan Ermənistana regionda münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib.
Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb/Report.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb