Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Tarix: 15-07-2022 13:37 | Bölmə: Siyasət
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Reyting.az
Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}