20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

Borrellə Bayramov birgə mətbuat konfransında: "Avropa postmünaqişə dövründə mühüm rol oynayır” - Açıqlamalar (Fotolar/Yenilənib)
Tarix: 19-07-2022 18:03 | Bölmə: Siyasət

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
Reyting.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.
Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.
Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.
***
"Əməkdaşlıq Şurasının 18-ci iclası Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin vəziyyətini nəzərdən keçirmək üçün yaxşı bir imkan oldu".
Reyting.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.
“Biz Aİ-Azərbaycan münasibətlərini müzakirə etdik. Hazırkı vəziyyəti nəzərə alsaq, tərəfdaşlar arasında sıx təmas və siyasi dialoq çox vacibdir. Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Bizim əməkdaşlığımız daha da intensivləşib. Mən dünən Bakıda Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu xatırlatmaq istəyirəm. Bu bizə imkan verəcək ki, Azərbaycandan qaz idxalının həcmini iki dəfə artıraq. Bu, həmçinin gələcəkdə Aİ ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açacaq”, - Borrell qeyd edib.
O, əlavə edib ki, Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək: "Anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq. Biz eyni zamanda, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini də dəstəkləyirik".
Borrel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan məkana çevrilməsi ilə bağlı səyləri də dəstəkləyir: “Biz Azərbaycanın xarici işlər naziri ilə qonşularla, xüsusən də Ermənistanla münasibətləri müzakirə etdik. Bu baxımdan mən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən şənbə günü Tbilisidə keçirilən görüşü alqışlayıram. Aİ bu səyləri dəstəkləməyə hazırdır və fikir ayrılıqlarını aradan qaldırmaq, həll yollarını tapmaq üzərində fəal işləyir”.
Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) əlaqələri güclü, hərtərəfli tərəfdaşlıq istiqamətində inkişafını davam etmək niyyətindədir: “Biz Aİ ilə Azərbaycan arasında münasibətləri güclü və hərtərəfli tərəfdaşlığa çevirmək üçün ümumi məqsədlərə əsaslanan müzakirələr apardıq. Biz iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yollarını araşdırdıq. COVID-19 pandemiyasının iqtisadi təsirlərinə baxmayaraq, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Aİ həm də ölkəmizdə ən böyük investordur. Enerji sahəsi Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının əsas elementi olaraq qalır. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin imzaladığı yeni anlaşma memorandumu ilə enerji tərəfdaşlığımız daha da möhkəmlənib. Biz alternativ mənbələrdən təbii qaz həcmlərini Aİ bazarına çıxarmaq məqsədi ilə Avropanın ən böyük infrastruktur və enerji layihəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaşlığımızı inkişaf etdiririk. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun həyata keçirilməsi Cənub Qaz Dəhlizinin şaxələndirilməsini göstərir".
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur: " Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. İttifaq üç görüş vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vasitəçilik edib. Bu görüşlər faydalı idi, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə dialoqa töhfə verib.
Azərbaycan Avropa İttifaqının postmünaqişə dövründə bərpaetmə işlərinə kömək etmək səylərini yüksək qiymətləndirir. Bu gün Avropa şirkətləri işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrdə iştirak edir. Biz, həmçinin humanitar minatəmizləmə sahəsində köməyə, o cümlədən son 4 milyon avroluq yardım paketinə görə Aİ-yə minnətdarıq. Minatəmizləmə səylərini dəstəkləmək üçün bütün müvafiq vasitələri səfərbər edəcəyik”.

Bölməyə aid digər xəbərlər

Bu gün, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bu gün, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Bu gün, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib