İranın XİN rəhbəri Bakıdakı səfirlə nəyi müzakirə edib?
Tarix: 25-07-2022 11:20 | Bölmə: Siyasət
İranın XİN rəhbəri Bakıdakı səfirlə nəyi müzakirə edib?

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi ilə görüşüb.

Reyting.az
xəbər verir ki, nazir görüşdə Azərbaycan Respublikası ilə əlaqələrin hərtərəfli inkişafının vacibliyini vurğulayıb.

Musəvi Tehran və Bakı münasibətləri ilə bağlı son hadisələri xarici işlər nazirinə çatdırıb.

Görüşdə Əmir-Abdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb və bununla bağlı Musəviyə lazımi göstərişlər verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}