Türkiyə prezidenti: “İki gün əvvəl İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”
Tarix: 06-08-2022 16:52 | Bölmə: Siyasət
Türkiyə prezidenti: “İki gün əvvəl İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.

Reyting.az
 xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən dönərkən jurnalistlərə deyib.

O, Azərbaycan əsgərlərinin təhidi ilə nəticələnən hücumu pisləyib və bir daha qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir: "Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”.

Ərdoğan daha sonra Londondakı Azərbaycan səfirliyinə radikal dinçi qrupun hücumuna toxunub: "Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}