Ceyhun Bayramov: "Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var"
Tarix: 08-08-2022 21:28 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var"

"Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb.

“500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (Türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib. Türkiyə diplomatiyada innovasiyaların inkişafında lider ölkəyə çevrilib. Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayır və sizin uğurunuzu uğurumuz hesab edirik", - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib/Report.

Nazir bildirib ki, Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var: “Bənzərsiz münasibətlərimizdə artıq Türkiyə diplomatlarının Azərbaycanın mənfəətlərini, Azərbaycan diplomatlarının Türkiyənin mənfəətlərini müxtəlif beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə çatmışıq. Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən gerçəkləşdirilir. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bununla birlikdə hələ gedəcəyimiz yolumuz, nail olacağımız çox hədəfimiz var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}