Putin G20 Sammitinə gələrsə, Zelenski də tədbirə qatılacaq
Tarix: 09-08-2022 14:30 | Bölmə: Siyasət
Putin G20 Sammitinə gələrsə, Zelenski də tədbirə qatılacaq

Rusiya prezidenti Vladimir Putin G20 Sammitinə qatılarsa, Ukrayna prezidenti Volodimir Zelenski də Sammitdə iştirak edə bilər.

TASS xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Podolyak bildirib ki, Putinin Sammitə qatılması ehtimalını çıxmaq şərti ilə, Zelenski Ukrayna ərazisində qalmaq istəyir və istənilən Sammitə onlayn formatda qatıla bilər.

Podolyak Putinin G20 Sammitinə dəvətini Rusiyanın Ukrayna məsələsində mövqeyinin leqallaşması demək olduğunu da əlavə edib.

Qeyd edək ki, G20 Sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}