20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

Prezidentin Türkiyə səfəri... - “Qisas” əməliyyatı da müzakirə edilib
Tarix: 10-08-2022 13:56 | Bölmə: Siyasət

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfəri baş tutub.
İlham Əliyevin qardaş ölkəyə səfəri V İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutsa da, həm də keçirdiyi görüşlərlə diqqət çəkib.
Əliyev-Ərdoğan görüşü
Səfər çəçivəsində prezident İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşlə bağlı informasiya az olsa da, tərəflərin əsas müzakirə mövzusunun Ermənistanın Qarabağda törətdiyi son təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatının olduğu məlumdur. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
“Qisas” əməliyyatından qısa müddət sonra Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevi Türkiyəyə dəvət etməsi faktiki olaraq rəsmi Ankaranın prosesləri yaxından izlədiyini göstərir. Bu mənada ölkə başçılarının görüşdə son hadisələr ətrafında müzakirə aparmalarını və ortaq strateji addımları müzakirə etdiklərini demək olar.
Dövlət başçıları arasında həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum müzakirə edilib. Əslində son zamalar cəbhə xəttində artan erməni təxribatları Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək. Rəsmi Ankara dəfərlərlə elan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması rəsmi İrəvanın atacağı konstruktiv addımlardan və ən əsası, Azərbaycanın mövqeyindən asılı olacaq. Yəni Ermənistanın gərginliyi artırması, destruktiv addımlar atması öz növbəsində Ermənistan-Türkiyə münasibətlərini hazırkı səviyyədə saxlayacaq.
Ölkə başçılarının görüşündə digər diqqətçəkən məqam Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri idi. Bunu həm də Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirmək olar.
Ərsin Tatarla görüş
Prezident İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla da görüşüb. Söhbət zamanı türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.
Ölkə başçısının Ərsin Tatarla görüşü planlaşdırılmış görüş olmayıb və məhz Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşib. Rəsmi Ankara uzun illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Bu istiqamətdə rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib.
Azərbaycanın Şimali Kipr mövzusunda mövqeyi bəllidir. Rəsmi Bakı Ermənistanla problemlər kontekstində Şimali Kiprin müstəqilliyini tanımayıb. Düzdür, 44 günlük müharibə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münaqişə kontekstinə keçirsə də, bu, rəsmi Bakının mövqeyini dəyişmir.
Bakı Fələstin ilə İsrail arasında vasitəçi ola bilər!
Prezident İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi ilə də görüşüb. Ümumiyyətlə, istər Şimali Kipr prezidenti Ərsin Tatar, istərsə də Fələstinin Baş naziri Məhəmməd Ştayyehi ilə keçirilən görüşlərin Türkiyə tərəfindən təşkil edildiyini demək olar. Xüsusilə Ankara Bakının İsrail ilə əlaqələrini yaxşı bilir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesində rəsmi Bakının sərgilədiyi vasitəçilik və konstruktiv mövqeyin Fələstinlə də olması istənilir.
Fələstin-İsrail münasibətləri son günlər yenidən gərginləşib və Azərbaycan iki ölkə arasında həm sülhün əldə edilməsi, həm də münasibətlərin normallaşmasında vasitəçi ola bilər. Rəsmi Bakının həm İsrail, həm də Fələstin ilə münasibətləri normaldır.
Azərbaycanın münaqişə təcrübəsi və Qoşulmama Hərəkatının sədri olduğunu nəzərə alsaq, belə bir vasitəçilik missiyası uğurlu alına bilər.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bu gün, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Bu gün, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib