Vahid Əhmədov: “Dövlət başçısı FHN-də baş verən hadisələrə reaksiya verəcək"
Tarix: 17-08-2022 15:25 | Bölmə: Siyasət
Vahid Əhmədov: “Dövlət başçısı FHN-də baş verən hadisələrə reaksiya verəcək"

“Dövlət başçısı Fövqəladə Hallar Nazirliyində baş verən hadisələrə reaksiya verəcək. Cənab İlham Əliyev belə məsələlərə çox diqqətlidir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili nazirliyin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntülərinin yayılmasından təəssüfləndiyini bildirib: “Dövlət qurumlarında belə hadisələr olmamaldır. Xoşagələn hal deyil. Dövlət qurumlarında işləyənlər yalnız qayda-qanuna uyğun öz işlərilə məşğul olmalıdır”.

Vahid Əhmədov baş verənlərin nazir Kamaləddin Heydərova qarşı təxribat olduğunu düşünmür:“Hadisədən Kəmaləddin Heydərovun heç xəbəri olmaya bilərdi. Çünki hər otaq izlənilmir. Bu məsələni dövlət qurumuna qarşı təxribat kimi dəyərləndirmirəm. Əgər naziri çıxarmaq lazım olsaydı, cənab prezident sərəncam verib çıxaracaqdı. İlham Əliyev kifayət qədər cəsarətli dövlət başçısıdır. Lazım olanda kimliyindən asılı olmayaraq, nöqsanı olan naziri, komitə sədrini istənilən vaxt vəzifədən azad edir. Bu hadisə vəzifə səlahiyyətlərini düzgün icra etməməklə əlaqədardır. Dövlət mülkündən şəxsi məqsədlər üçün istifadə olunub ki, bu da qəbuledilməzdir. Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparır. Yəqin ki, onlar öz rəyini ictimaiyyətə bildirəcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}