Rusiyaya görə ölkələrə təzyiq edirlər
Tarix: 02-12-2023 10:32 | Bölmə: Slayd
Rusiyaya görə ölkələrə təzyiq edirlər

Böyük Britaniya, Avropa İttifaqı və ABŞ Marşal Adaları, Liberiya və Panamaya məktublar göndərərək, Qərbin sanksiyalarından yayınaraq Rusiya neftini daşıya biləcəyi iddia edilən gəmilərə nəzarəti gücləndirməyi tələb ediblər.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, məktublarda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar və üç ölkədən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi tələbi yer alıb.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqından (Aİ) hələlik məsələyə şərh verməyiblər.

Xatırladaq ki, Aİ-nin Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. “Yeddilik Qrupu” ölkələri, Aİ və Avstraliya öz tabeliyində olan gəmilər və dənizdən daşınan Rusiya neftinin qiymətinə bir barel üçün 60 dollar yuxarı hədd tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb.

Rusiya prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 12-də deyib ki, Moskva başqalarının rifahını öz hesabına ödəməyəcək və onların dəyərini məhdudlaşdıracaq ölkələri enerji resursları ilə təmin etməyəcək. O, Rusiyadan gələn yanacağın qiymətinə məhdudiyyətin tətbiqini “kəskin hiylələr” və “utanmaz şantaj” adlandırıb. Bundan əlavə, Putin xəbərdarlıq edib ki, neftin qiymətlərinə tavanların tətbiqi digər sektorlarda da oxşar tavanların tətbiqi riskinə səbəb ola, qlobal bazar iqtisadiyyatını məhv edə və milyardlarla insanın rifahının pisləşməsi ilə nəticələnə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
24-07-2024, 08:16 Ayda suyun izi tapılıb

{sape_links}{sape_article}