13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Şuşa şəhərinə növbəti köç karvanı gedib - Yenilənib
Tarix: 05-09-2024 14:14 | Bölmə: Slayd
Şuşa şəhərinə növbəti köç karvanı gedib

Respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 30 ailə (102 nəfər) köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

****

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Reyting.a
z xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Onlara yeni mənzillərinn açarları təqdim olunub.




Bölməyə aid digər xəbərlər