Prezident “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payını azaldıb - Sərəncam
Tarix: 10-12-2024 16:25 | Bölmə: Slayd
Prezident “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payını azaldıb

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.

Reyting.az
 xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 faizdən 49 faizə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 faizə çatdırılıb.

Bu qərar "Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.

İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər