"ABŞ əsgərləri dişimizin arasındakı ət kimdir" - Hava Qüvvələrinin komandanı meydan oxudu
Tarix: 12-05-2019 18:34 | Bölmə: Slayd
"ABŞ əsgərləri dişimizin arasındakı ət kimdir" - Hava Qüvvələrinin komandanı meydan oxudu

İran İnqilab Keçikçilərinin Hava qüvvələrinin komandanı Əmir Əli Hacızadə ABŞ-ı Basra körfəzində yerləşən hərbi gəmilərini vuracaqları ilə təhdid edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Basra körfəzindəki hərbi gəmilərinin İranın yaxın hədəfində olduğunu deyən Əmir Əli Hacızadə bunu çox gözəl fürsət sayıb: "Amerikalıların durumu dişlərimiz arasındakı ət kimidir. Daha öncə bunlar bizim üçün təhdid idi, indisə fürsətdir. Əgər Amerika hər hansı bir həmləyə keçərsə, onları başlarından vuracağıq".

ABŞ-ın hərbi qarşıdurmadan yayınması ilə bağlı suala cavab verən iranlı general bildirib ki, bunun səbəbi var: "Çünki körfəzdəki ABŞ hərbi gəmiləri və əsgərlərinin ciddi müdafiə boşluqları var. Onlar bizə yaxın yerdədirlər. 300 km uzaqlıqdakı gəmiləri vurma gücü olan raketlərə sahibik. Biz bu raketlərin üzərində iş apararaq, onun vurma hədəfini 700 km-ə çatdıra bilmişik".


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}