23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dünya daha bir təhdidlə üzləşib: milyonlarla uşağın həyatı təhlükədədir
Tarix: 05-04-2020 12:21 | Bölmə: Slayd
Dünya daha bir təhdidlə üzləşib: milyonlarla uşağın həyatı təhlükədədir

Elm adamları xərçəng xəstəliyi olan uşaqlara yardım üçün ciddi investisiya yatırılmayacağı təqdirdə milyonlarla itki veriləcəyini təxmin edirlər.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “The Lancet Oncology” jurnalındakı hesabata görə, bu sahəyə qoyulan investisiyalar üç qat dönüşə səbəb olacaq.

Sənəddə qeyd edilir ki, xərçəng xəstəliyinin müalicəsi üçün əlavə qlobal investisiya qoyulmasa yaxın 30 ildə 14 yaşdan kiçik 11 milyondan çox uşaq ölə bilər.

Hesabatda bildirilir ki, ölümlərin böyük əksəriyyəti - 9 milyon və ya 84 faizi aşağı və orta yaşayış səviyyəsi olan ölkələrdə baş verəcək.

Problemi öyrənmək üçün yeni modellərdən istifadə edən mütəxəssislər, yüksək həyat səviyyəsi olan ölkələrdə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların 80 faizinin beş il və daha çox yaşadıqlarını hesablayıblar. Şərqi Afrikada xərçəngli uşaqlar arasında sağ qalanların nisbəti 8 faizdən çox deyil.

Mütəxəssislərin fikrincə, 2020-2050-ci illər arasında maliyyələşmə artımı olmasa, dünyada təxminən 13,7 milyon uşaq xərçəng xəstəliyinə tutula bilər. Alimlər onlardan 6,1 milyonunun diaqnoz və müalicə olmadan qalacağını proqnozlaşdırırlar.

Onkoloqlar uşaq xərçəngini müalicə etməyin aşağı və orta gəlirli ölkələrdə investisiya qoyuluşunun çox bahalı olduğu mifini də aradan qaldırıblar.

Hesablamalara görə, diaqnoz və müalicənin ümumi xərcləri 594 milyard dollar olduğu qlobal məhsuldarlığın artması ilə əvəzlənəcək və 2,58 trilyon dollar xalis fayda gətirəcəyi təxmin edilir.

“Hesablamalar göstərdi ki, 30 il ərzində 20 milyard dollarlıq maliyyələşdirmədən xərclənən hər bir dollar üç dollar ilə əvəzlənəcək”, - həkim Karlos Rodriqes Qalindo deyib.

Yekun hesabatda mütəxəssislər regional və qlobal səviyyələrdə uşaq onkologiyası xərclərinin vətəndaşların əsas tibbi sığortasına daxil edilməsini, tibbi xidmətlərə daha sürətli çıxış üçün milli mərkəzlər yaratmağı, aşağı və orta yaşayış səviyyəsi olan ölkələrdə xərçəng tədqiqatlarına təxminən 100 milyard dollar sərmayə qoymağı tövsiyə edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}